Sabirabadda xınayaxdıda faciə: Qonağı cərəyan vuraraq öldürdü

OXUNUB: 546 HADİSƏ

Sabirabadda faciəli hadisə baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qaragüney kəndində təşkil olunmuş xınayaxdı mərasiminə qatılmış qonaqlardan biri - Arif Kərim oğlu Fətişov qəflətən sönmüş elektrik lampasını yandırmaq istəyərkən cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR