Sabirabadda yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb

OXUNUB: 646 HADİSƏ

 Sabirabad rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

 1971-ci il təvəllüdlü Şəki şəhər sakini Məmmədov Əvəz Məmməd oğlu yük avtomobilindən düşərkən maşının təkəri partlayıb.

Nəticədə təkərin şini yerindən çıxaraq Ə.Məmmədova dəyib. Ağır xəsarət alan yaralı Bakıda xəstəxanaya yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR