Sabunçu bazarında dava düşdü

OXUNUB: 725 HADİSƏ

Bakının Sabunçu rayonu ərazisində dava baş verib.

Bazarda satıcı işləyən iki şəxs arasında mübahisə düşüb.

Əlbəyaxa dava zamanı iki şəxsi ayırmağa çalışan 1983-cü il təvəllüdlü Mustafayev Məvid Əvəz oğlu üz və bədən nahiyələrindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib. Davanın səbəbləri araşdırılır./report

 İcmal.Az


RƏYLƏR