Sabunçunun icra başçısı şəhid anasını evini dağıtdırdı – Video

OXUNUB: 40 HADİSƏ

Bakının Sabunçu rayonunda şəhid Sübhan Əbürrəhamanovun anasının evi sökülüb. Sübhan Füzulidə şəhid olub. O, 44 günlük Vətən müharibəsinin qəhrəmanıdır.
Ona şəhid anası olduğu üçün bir nəfər pay torpağı bağışlayıb. Sabunçu rayon icra başçısı Adil Vəliyev isə ona xəbərdarlıq edib ki, tikinti aparsan, sökəcəm.
Şəhid anası ona deyib ki, oğlum torpaqları azad edəndə ondan icazə almamışdı. Bununla belə texnika ilə hücum edilib, yuvasını söküblər. Qadına xəsarət yetirilib, təcili tibbi yardım çağırılıb. Şəhid anası bildirib ki, A.Vəliyev adamlarını göndərib tikintini sökdürüb./Reportyor.info


RƏYLƏR