Şagird məktəbə balta ilə hücum çəkdi, yandırdı - Rusiyada - VİDEO

OXUNUB: 565 DÜNYA

Rusiyanın Buryatiya Respublikasının paytaxtı Ulan-Udedəki Sosnovıy Bor mikrorayonunda bu gün səhər saatlarında 9-cu sinif şagirdi 5 saylı məktəbdə 7-ci sinif şagirdlərinə balta ilə hücum çəkib, sonra da məktəbə od vurub.

 3 şagird və müəllim yaralanıb. Hücum etmiş 9-cu sinif şagirdi də xəstəxanaya aparılıb.

Prokurorluqdan verilən məlumata görə, məktəbə hücumu iki şagird hazırlayıb. Hazırda 17 yaşlı ikinci şagird axtarışdadır.

Az əvvəl bəlli olub ki, 9-cu sinif şagirdi olan oğlan qadın müəllimin başını balta ilə vurub yarıb. Daha sonra o, 3 şagirdi balta ilə vurub, yeniyetmələrdən birinin barmağını kəsib.

Buryatiyanın səhiyyə naziri Dambinima Sambuyevin dediyinə görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Hücuma səbəb 9-cu sinif şagirdi olan yeniyetmə oğlanın məktəbdə dava etməsidir.

Hücumdan sonra o, içində yandırıcı məhlul olan butulka ilə məktəbə od vurub, sonucda da balta ilə özünü öldürmək istəyib.

 

Buryatiyanın rəhbəri Aleksey Sıdenov Monqolustana səfərini olayla bağlı olaraq yarımçıq qoyaraq Ulen-Udeyə qayıdıb./milli

İcmal.Az


Şagird məktəbə balta ilə hücum çəkdi, yandırdı - Rusiyada

RƏYLƏR