“Saglam həyata doğru: Velosiped idmanında gender bərabərliyi”- mövzusu Lənkəranda davam edir

OXUNUB: 1357 İDMAN
"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyilə regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə «Gənc Velosipedçilər» İctimai Birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə «Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi» mövzusunda növbəti seminar–təlim və veloyürüş 3-4 dekabr 2018-ci il tarixində Lənkəran şəhərində keçirildi. Seminar-təlimdə 200 yaxın yeniyetmə və gənc iştirak edirdi, təlimçilər tərəfindən qızların və oğlanların bu idman növünə cəlb edilməsindən, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib. Daha sonra gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Layihənin sonuncu günü şəhərin 100 yaxın oğlan və qızlarının iştirakı ilə veloyürüş keçirilib.









<!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_181205_201410_899.sdoc -->

RƏYLƏR