“Şahdəniz”lə bağlı quruda işlər tamamlanıb

OXUNUB: 704 İQTİSADİYYAT

"Şahdəniz”in ikinci fazasından gündəlik 2,8 milyon kubmetr qaz hasil ediləcək. 

İcmal.Az xəbər verir ki, bunu BP-nin "Şahdəniz-2” layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib. 

O deyib ki, "Şahdəniz” yatağından hasil edilən qazın terminaldan gündəlik ixrac gücü 1 mln. kubfut təşkil edir. "Şahdəniz-2” fəaliyyətə başlayanda onun ötürücülük gücü gündəlik olaraq daha 1,8 mln. kubfut artacaq.

R.Rəhmanov bildirib ki, indiyədək terminalın genişləndirilməsi üzrə mexaniki işlər 100 faiz tamamlanıb:

"Terminalda "Şahdəniz-2”nin istismara verilməsi üzrə işlər 94,5 faiz görülüb. Səngəçal terminalında işlərə 2004-cü ildə başlanılıb. Bu işlərin görülməsinə 9,5 min nəfər cəlb edilib. İşlər çərçivəsində 2,2 milyon metr kabel, 134 kilometr uzunluğunda boru kəməri və 19 min ton metal konstruksiya qoşulub. 2018-ci ilin ikinci rübünün sonunda "Şahdəniz” yatağından təbii qazın verilişinə başlanacaq”. 

İcmal.Az

RƏYLƏR