“Sahibkar olmaq istəyirəm ” adlı layihə həyata keçirilir

OXUNUB: 20 QHT
"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  "Sahibkar olmaq istəyirəm ” mövzusunda təlimlərin təşkili adlı layihə həyata keçirir. 
Layihənin əsas məqsədi sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər üçün maarifləndirmə işinin təşkil edilməsindən ibarətdir.
 Layihə çərçivəsində ilk tədbir 09 iyul 2018-ci ildə Oğuz rayonunda baş tutmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nicat Kərimov, Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Rövşən Salahov, "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev, ekspert Rəşad Nəbiyev və rayonun fəal gəncləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin nümayəndəsi qonaqları salamlayaraq bu sahədə rayonda görülən işlər barədə ətraflı məlumat vermişdir. Daha sonra birliyin sədri iştirakçıları təşkilatın yaranma tarixi, gördüyü işlər və layihə haqqında məlumatlandırmışdır. Layihəyə cəlb olunmuş ekspert isə gənclərə sahibkarlığa başlamağın yolları, müraciət qaydaları və digər məsələlər barədə geniş çıxış etmişdir. Müzakirə formasında davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır. Tədbirin sonunda daha çox gəncin maariflənməsi üçün bukletlər paylanılmışdır.
Məlumat üçün bildirək ki, layihənin növbəti mərhələlərinin İsmayıllı rayonu, Şirvan şəhəri və Xaçmaz rayonunda həyata keçirilməsi nəzərdə tutulmuşdur.


RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}