“Sahil Babayev xalqa zülm edir” – ƏLİLLƏRƏ, QANUNSUZ YOXLAMALARA və ÜSY-yə GÖRƏ XALQ NARAZILIĞI ARTIR

OXUNUB: 105 GÜNDƏM Seçilmiş Önəmli SOSİAL

"Cənab Prezident tərəfindən bu il təyin olunmuş nazirlər arasında xalqın etimadını daha çox doğrultmayan Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevdir”

Cahan.info xəbər verir ki,bu sözləri "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas feysbuk hesabında yazıb. Onun sözlərinə görə, nazir yalançıdır, qəbula gələn insanlara hörmətsizlik edir, əliliyin təsdiq edilməsi prosesində xalqa zülm edir: "Sosial yardıma ciddi ehtiyacı olan əksər insanları qeydiyyatdan keçirmir, guya bu yolla dövlətə "fayda” verir! Nazirliyə yaxınlarını, dostlarını yığıb, dostluq klubu kimi idarə edir, hətta vətəndaşların qəbulu zamanı elektron siqaret çəkirdi…” T.Abbas qeyd etdiyibu mənfilikləri nazirin qəbul günü oradakı insanlardan duyduğunu və gördüyünü bildirib:"67 yaşında ikinci qrup əlil və müharibə veteranını 4 saat(!) gözlətdikdən sonra qəbula ən sonuncu düşdüm! İkinci qrup əlil və müharibə veteranı kimi, nazirə müalicəyə ciddi ehtiyacım olduğunu bildirdim. Məni əmin edib, arxayın yola saldı. İndi həmin qəbuldan düz 6 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. Belə də yalançı nazir olar?! Düşünürəm ki, Sahil Babayevin namizədliyini nazir vəzifəsinə kim irəli sürübsə, çox ciddi yanlışlığa yol verib, sonda çox peşman olacaq, çünki bu səviyyə ilə nazir işləmək olmaz”.

Baş redaktorun yazdıqları sosial şəbəkədə səs-küy doğurub. Onun statusuna şərh yazanlar da maraqlı məqamlar açıqlayıblar.

Fəqani Hüseynovun dediyinə görə, Gədəbəy hələ də pensiyanı almayıb, ilin son ayı bitir. Vüqar Kərimov belə şərh verib: "Bəs deyirdilər Səlim Müslümov getsə düzələcək. Nə oldu?Onsuz da Azərbaycanda təzə vəzifəyə gələn həmişə gedənin atasına rəhmət oxutdurur”.

Müzəffər Fərəcov yazır:"Əsirlikdə itib batan əmək stajlarını məhkəmə yoluyla təsdiq edənləri də süründürməçiliyəsalıb. Gülünc və yarıtmaz işlərlə məşğuldur. Nazir olub, anlamır ki, işğal edilən ərazilərdən insanların mənim kimi əksəriyyəti canlarını məcburən çıxara biliblər. Bu dövlətdə kiminsə yerinə qoyulanlar özündən əvvəlkilərin ölüsünə rəhmət oxutdurmaq üçün təyin edilirlər”. Mübariz Binnətoğlu:"Səlim Müslümovun vaxtında heç olmasa vətəndaşı dinləyən var idi. İndi adı çəkilən nazirlikdə özbaşınalıq sürətlə inkişaf edir”.

Məsələ burasındadır ki, ən çox narazılıq da elə əlillərlə bağlıdır. Proses tamamilə korrupsiyalaşmış formada həyata keçirilir. Məlumatda deyilir ki, xalqa zülm edən əsas məmurlardan biri də Sabir Qocayevdir. Bu adam sistemi tamamilə çökdürüb. Bundan başqa nazirlikdə kadr islahatları tamamilə yanlış aparılır. Sosial siyasəti bilməyən, daha çox bank təcrübəsi olan insanlar vəzifələrə gətirilir. Bu da nazirliklə xalq arasında ciddi uçuruma gətirib çıxarır.

Digər bir məsələ isə 2015-2018-ci illərdə pensiya təyin olunan şəxslərin işlərinə yenidən baxılması, yüzlərlə insanın təqaüdünün dayanadırılması ilə bağldıır. Ünvanlı sosial yardımlarla bağlı isə vəziyyət daha acınacaqlıdır. Bu barədə növbəti yazımızda.

Bir məqamı xüsusi olaraq qeyd etməliyik ki, sonuncu dəfə mitinqə gələn insanların mütləq əksəriyyəti bu nazirliyin apardığı yalnış siyasətin qurbanları idilər. Bu da birmənalı olaraq ölkə rəhbərliyinin nüfuzuna xalq arasında zərbə vurmaq demədir.

Mövzunu davam etdirəcəyik.

7NEWS.az

RƏYLƏR