Sahil Babayev Səlim Müslümovun yolunu gedir: NAZİR MÜAVİNİN QARDAŞINA VƏZİFƏ VERDİ

OXUNUB: 1971 Özəl Seçilmiş Önəmli SOSİAL
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev rəhbərlik etdiyi qurumda diqqətçəkən daha iki dəyişiklik aparıb.

7NEWS.az-ın məlumatına görə, Sahil Babayev bir neçə gün əvvəl Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasayevi vəzifəsindən azad edib. Artıq Ağalar Xasayevin yerinə təyinat da olub.

Qeyd edək ki, Ağalar Xasayev sabiq nazir Səlim Müslümovun həyat yoldaşının qardaşıdır.

Məlumata görə, nazirin DSMF-dəki ən diqqətçəkən dəyişikliyi isə bir müddət əvvəl olub. Belə ki, fondun direktor müavini Sərdar Xıdırov vəzifəsindən azad edilərək, onun yerinə vaxtı ilə DSMF-nin Səbail rayon, daha sonra isə Qaradağ rayon şöbəsində müdir vəzifəsini tutmuş Cavid Abdullayev gətirilib.

Xatırladaq ki, Cavid Abdullayev bu yaxınlarda iqtisadiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşıdır.
Məlumat üçün qeyd edək ki, sabiq nazir Səlim Müslümov da öz işini keyfiyyət üzərində deyil, şəxsi maraqlar üzərində qurmuşdu. Onun dönəmində nazirliyin əksər strateji postları vəzifəli adamların yaxın qohumlarına "satılmışdı". Görünən odur ki, yeni nazir də öz fəaliyyətini bu sistem üzərində quraraq ona göstərilən etimadı sarsıltmaq niyyətindədir. 
7NEWS.az 

RƏYLƏR