“Sahil-S” MTK qurbanları Baş Prokurorluq önündə aksiya keçirir – Foto

OXUNUB: 305 GÜNDƏM SOSİAL
Bakının Yeni Günəşli qəsəbəsində "Sahil-S” MTK şirkətinin tikdiyi binadan mənzillər almış sakinlər dələduzluqla üzləşdiyi üçün Baş Prokurorluq qarşısına toplaşıb. Aldadılan sakinlər prokurorluqdan görüş istəyiblər. Onların tələbi şirkətin rəhbəri Taley Alaverdiyevlə şəriki Pənak Kərimovun həbsidir. Şikayətçilərin sözlərinə görə,  şirkət bir mənzili 4-5 adama satıb, nəticədə 200 ailə fırıldağın qurbanı olub.

Lakin nə pulları verilir, nə mənzilləri. Payçılar tələb edirlər ki, Baş Prokurorluq təcili istintaq hərəkətləri etsin. Hazırda əraziyə toplaşan sakinlər haqlarını istəyirlər./Reportyor.info

RƏYLƏR