“Saipem” Azərbaycandakı fəaliyyəti ilə bağlı açıqlama verdi

OXUNUB: 762 İQTİSADİYYAT

İtaliyanın "Saipem” şirkəti "Saipem S.p.A.” şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv edir” xəbərinə münasibət bildirib.

Şirkətdən oxu.az-a bildirilib ki, "Saipem” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini dayandırmır və bu günə qədər ölkədə neft və qaz sənayesində aparılan ən önəmli layihələrdə əsas podratçıdır:

"Saipem” şirkəti, həqiqətən də, Azərbaycanda artıq heç bir biznes işlərinə cəlb olunmayan "Saipem S.p.A.”  Azərbaycan nümayəndəliyi ilə fəaliyyətini bitirmək prosesindədir. "Saipem” şirkəti hal-hazırda ölkədədir və fəaliyyətini "Saipem Contracting Netherlands B.V.” Azərbaycan filialı ilə fəaliyyətini davam etdirir”.

İcmal.Az

RƏYLƏR