“Sağlam Gəncliyə Doğru İctimai Birliyi” "Gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi" adlı yeni layihəsini həyata keçirmişdir.

OXUNUB: 1275 QHT

"Sağlam Gəncliyə Doğru İctimai Birliyi” Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi" adlı yeni layihəsini həyata keçirmişdir. Təlimlər 5 gün müddətinə Bakı şəhərində keçirilmişdir.
Layihədə Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 1
8-29 yaş həddinə daxil olan gənclər arasında biznes plan- biznes planın hazırlanması, yazılmasi strukturu, biznesə başla - biznesə başlamağın psixoloji baryerləri, menecement - idarəçiliyin əsasları, menecerin funksiyalari, sahibkarın davranış kodeksi, idarəçilikdə müasir yanaşma, motivasiy a- şəxsi motivasiyanın yaradılması, kollektivin idarə olunmasında motivasiyanın rolu, vaxtın səmərəli idarəçiliyi, marketinq- məhsulun təqdimatı,marketinqin əsasları mövzularında təlimlər təşkil olunmuşdur. Layihə çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və uğur qazanmış gənclərlə görüş təşkil olunmuşdur. Görüş iştirakçıları ilə təcrübə mübadiləsi həyata keçirilmişdir.

 

 

İcmal.Az 

RƏYLƏR