Sağlam Gəncliyə Doğru Ictimai Birliyi 'Sağlam Yaşa Narkomaniya ilə bağlı seminarların təşkili' adlı növbəti layihəsini həyata keçirmişdir

OXUNUB: 786 QHT
Sağlam Gəncliyə Doğru Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Sağlam Yaşa Narkomaniya ilə bağlı seminarların təşkili” adlı növbəti layihəsini həyata keçirmişdir.
 
 Layihənin məqsədi  Azərbaycanda narkomaniyaya meyilliliyin dahada azaldılması, bu bəlanın yayılmasının qarşısının alınması, gənclərin daha sağlam mühitdə  formalaşması,  onlarda narkomaniyanın yarada biləcəyi fəsadlar haqqında məlumatların artırılmasından ibarət olmuşdur. Layihənin açılış mərasimi  29 iyun tarixində baş tutmuşdur. Layihə çərçivəsində Bakı şəhərində 180 gəncin iştiraki ilə narkomaniyaya meyilliliyin dahada azaldılmasından, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədən mövzusunda seminarlar təşkil olunmuşdur. Tədbirlərə əsasən cəmiyyətin həssas qrupu olan gənclər dəvət olunmuşdur.Tədbirlərdə bu bəladan əziyyət çəkmiş, lakin sonradan müalicə olunub normal həyata dönən şəxslərin çıxışları yer almışdır. Onlar narkomaniyanın törətdiyi ağır fəsadları seminar iştirakçılarının nəzərinə çatdırmışlar. 
Sağlam Gəncliyə Doğru İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə bu mövzuda artıq 2-ci layiəsini həyata keçirir.Öncəki layihə Azərbaycanın şimal regionunu əhatə etmişdir.
 
 
İcmal.Az

RƏYLƏR