Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi - FOTOLAR

OXUNUB: 952 İDMAN

"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə

yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), "Gənc Velosipedçilər” İctimai Birliyi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə regionlarda "Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlərə start verilib. AzVİF-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mingəçevir şəhərindən başlayan layihənin birinci günü qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanının gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsinin əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.Seminar zamanı gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Layinənin ikinci günü seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Mingəçevir şəhərində veloyürüş keçirilib. Layihə çərçivəsində Qusar, Lənkəran və Biləsuvarda da anoloji tədbirlər təşkil olunacaq.

İcmal.Az

RƏYLƏR