“Sağlam vətənpərvər olaq” adlı layihə sona çatdı

OXUNUB: 235 QHT

Layihənin icra planına əsasən internat məzunları üçün 4 mövzuda təlim keçirilib

 "İnternat Məzunlarının Sosial
İnteqrasiyası” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam vətənpərvər olaq” adlı layihəsinə yekun vurulub.

Layihənin əsas məqsədi internat məzunu olan gənclərə vətənpərvərlik və sağlam həyat tərzi mövzularında silsilə təlimlər keçirilib onların bu mövzuda biliklərinin artırılması və nəticə etibarı ilə daha sağlam vətənpərvər gənc kimi yetişmələri üçün rayonlara və tarixi yerlərə səfərlər təşgil olunub . Nizami rayon İcra Hakimiyyətinin müavini və nümayəndəsi gəclərimizə internat məzunları ilə bağlı dövlətimizin həyata keçirdiyi çox saylı tədbirlərdən ,sosial layihələrdən danışıb və multikulturalizimlə bağlı ətraflı məlumat verdi. 



Layihənin icra planına əsasən internat məzunları üçün 4 mövzuda təlim keçirilib :
· Vətənpərvərlik
· Zərərli vərdişlər
· Fəal vətəndaş
. Multikulturalizim 



Təlimlərin daha effektiv olması üçün planına uyğun olaraq vətənpərvərlik mövzusunda seminarlarla bərabər İşğaldan azad olunan Cocuq mərcanlı kəndinə , Quba məzarlığına və 2017-ci il üçün MDB paytaxtı seçilən Gəncə şəhərinə 2 günlük tur təşgil olunub . 



Turun məqsədi şəhər və rayonlarla tanışlıq, tarixi yerlərə və muzeylərə ekskursiyalar təşkil etməklə Azərbaycanın tarixi və qəhrəmanları haqqında ,1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən torədilmiş soyqırımlar və ermənilərin əsirlər boyu başımıza gətirdiyi vəhşiliklər haqqında gənclərimizə ətraflı məlumat verilib .



İcmal.Az

RƏYLƏR