Salonik şəhər meri vəhşicəsinə döyüldü – VİDEO

OXUNUB: 1422 DÜNYA

Yunanıstanın ikinci böyük şəhəri olan Salonikin meri Yannis Butaris bir qrup insanın hücumuna məruz qalıb. 

İcmal.Az BBC telekanalına istinadla xəbər verir ki, 75 yaşlı Butaris başından və ayağından ciddi zədələr alıb.

Bir qrup millətçi ona butulka ilə hücum ediblər. O, xəstəxanaya yerləşdirilib. 

Antinationalist baxışları ilə seçilən Butaris mayın 19-da yunanların Osmanlı türklərini ittiham etdiyi qondarma "Pontiyan soyqırımı”nın ildönümü münasibətilə təşkil edilmiş anım mərasiminə qatılıb. 

Millətçilər Butarisin dərhal meydanı tərk etməsini tələb edərək, ona şüşə butulkalar atıblar. Bundan sonra Butaris yıxılıb. 

"Bu, dəhşət idi”, - Butaris yerli KİV-ə açıqlamasında deyib – "Mənə bir neçə nəfər hücum etdi”. 

Merin köməkçiləri onu meydandan çıxarıb və xəstəxanaya aparıblar. 

Gürcüstan baş naziri Aleksis Tsipras hücumçuları "radikal xuliqanlar” adlandırıb və onların cəzalandırılmasını tələb edib. 

İcmal.Az

RƏYLƏR