Salyanda amansız qətl: Arvadını və 4 qızını öldürdü

OXUNUB: 42 HADİSƏ

Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

İcmal.Az xəbər verir ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyev içki düşkünü olub. Yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməyi ilə həyətlərində basdırıldığı məlum olub.

Bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində onlarla bağlı süjetin göstərilməsi hadisələrin açılmasına zəmin yaradıb. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR