Salyanda yol qəzası baş verib: ölən və yaralanan var

OXUNUB: 802 HADİSƏ

 Salyanda 1 nəfərin ölümü və 1 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan "Mersedes” markalı avtomobilə digər minik avtomobili arxadan çırpılıb. Nəticədə həmin minik avtomobilində olan bir nəfər şəxs hadisə yerində dünyasını dəyişib. "Mersedes”də olan, 1983-cü il təvəllüdlü, Qaradağ rayon sakini Qasımov Xəyal Əli oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR