Salyandakı DYP postunda "Çavuş Aydın" kabusu - QANACAQ YOX, MƏRİFƏT YOX

OXUNUB: 136 Özəl SOSİAL HADİSƏ

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Ədil Ədilzadə sosial şəbəkədə şərh paylaşıb. Şərhi olduğu kimi təqdim edirik: "Bayramdan sonra rayonlardan Bakıya qayıdan insanlara DYP-nin postlarında və ya yol ayrıclarında gizlənən DYP əməkdaşları ver gülüm, al gülüm "sevgisini" nümayiş etdirir. 

Salyan postunun bir qoşun DYP əməkdaşı səpələnib yollara ki, guya post rəisi insanların təhlükəsizliyini təmin edin. 

Saxladıqları maşının sürücüsünü Aydın adlı DYP əməkdaşının (qlavar odur) yanına dəvət edirlər. Elə bil böyük bir cinayət etmisən, adam öldürmüsən, ya da terror eləmisən. Az qalırlar adamı parçalasınlar. 

Özünü təqdim etmək yox, qanacaq yox, mərifət yox. İpdən qırılmış kimi hucum edirlər üstünə. O maşını burda saxlayır, o birisi kiminsə arxasınca şütüyür, hərəyə bir kəllə gəlib nəysə qoparmağa çalışırlar. 

Çavuş Aydın isə sürücü ilə elə bil cinayətkar aləmin böyük oğrusu kimi danışır. Vay odur üzün bir az tüklü olsun, ya da yorğun olasan. Dərhal elə bilirlər banditsən, ya da taksi sürücüsü. 
Bu isə lap böyük problemdir ki, asanlıqla canını qurtara bilmərsən. 

Adam bir anlıq özünü 20 il "srok" çəkmiş cani hesab edir. 
Nədir bu biabırçılıq? Nə qədər olacaq? 

Radara düşüb cəriməsini göndərin, qayda pozub yenə eyni qaydada cəriməsi var, yaz və göndər... 

Bəs saxlamaq və 1 dəqiqə sonra get yaxşı yol nə deməkdir..? 

Salam və sağ ol... Əl ələ görüşdülər, qohum çıxdılar və sağollaşdılar. 

Yeri gəlmişkən Salyan postunun DYP əməkdaşları açıq-aydın yollarda insanların əsəbləri ilə oynayır və narahat edirlər. Görünür postun rəisi hələ də qanunları, qaydaları yaxşı mənimsəməyib..."
7NEWS.az

RƏYLƏR