Şamaxı rayon İcra Hakimiyyətinin başçısı GəncLİK Proqramının iştirakçıları ilə görüşüb - FOTO

OXUNUB: 29 QHT SOSİAL
Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib

Gənclər Fondu və Asan Xidmətin birgə həyata keçirdiyi GəncLİK Proqramının (Gənc Liderlərin İnkişaf Konsepsiyası) iştirakçıları üçün növbəti təlim Şamaxıda baş tutub. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov GəncLİK Proqramının iştirakçıları ilə görüşüb, ölkədə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söyləyib. Görüş zamanı icra başçısı dövlətin regionlara qayğısı, yerli əhalinin problemlərinin həllində yeni metodların axtarışı, gənclərin təhsil və elmə həvəsləndirilməsi haqqında fikirlərini də gənclərlə bölüşüb. 
Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edən gənclər astronomik muzey və teleskoplarla yaxından tanış olub, rəsədxananın fəaliyyəti və səma cisimləri haqqında ətraflı məlumatlandırılıblar. Daha sonra gənc liderlər Meysəri kəndindəki "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş kompleksin istehsalat prosesini əyani şəkildə müşahidə ediblər.
 
 
 
İcmal.Az

RƏYLƏR