Şamaxı rayonu icra başçısı Asif Ağayev ölkə rəhbərliyinə necə xəyanət edir? – ŞOK TƏFƏRRÜAT

OXUNUB: 3609 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl

Şamaxı rayonu icra başçısı Asif Ağayev Ölkə prezidenti İlham Əliyevi və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi necə aldadır

Fəhlələrin zəhmət haqqısını kəsmək nə dindən, nə də insafdan deyil

Son illər turizmin inkişafı üçün ölkəmizdə təqdirəlayiq addımlar atılıb. Təkcə yeraltı sərvətləri ilə deyil, həm də əsrarəngiz təbiəti ilə dünyada tanınan Azərbaycan getdikcə daha çox diqqət çəkir. Səfalı təbiəti, tarixi abidələri ilə seçilən qədim Şamaxı turizm imkanları baxımından çox əlverişlidir. Paytaxta yaxın olması bu tarixi məkanı turistlər üçün xüsusilə cəlbedici edir.

Şamaxının ən qədim yaşayış məskənlərindən biri olan Dəmirçi kəndi əsrarəngiz təbiəti və tarixi abidələri ilə fərqlənir. Bu ilrayon mərkəzindən 35 kilometr məsafədə, dəniz səviyyəsindən 1800 metr hündürlükdə yerli əhali arasında Gəgəli yaylağı adı ilə tanınan ərazidə son antik-erkən orta əsrlər dövrünə aid nekropol aşkar olunub. Ərazidə hal-hazırda da arxeoloji qazıntılar davam etdirilir.

Həmçinin Dəmirçi kəndi ilə İsmayıllı rayonunun Lahıc kəndini birləşdirəcək 15 km yolun da çəkilişi nəzərdə tutulub.Hazırda Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Dəmirçi kəndinin yenidən bərpası ilə əlaqədar layihənin reallaşdırılması planlaşdırılır. Layihə çərçivəsində kəndin bütün infrastruktur sahələrinin tam yenidən qurulması ilə yanaşı, turistlərin cəlb olunması da qarşıya qoyulan hədəflərdəndir. Burada suvenir mağazaları, su köşkləri quraşdırılacaq. Əlavə olaraq turistləri cəlb edən digər obyektlərin yaradılması da kəndin inkişafına əhəmiyyətli töhfə vermiş olacaq.

Göründüyü kimi Dəmirçi kəndinin turizm mərkəzinə çevrilməsi üçün bütün əməli addımlar atılır. Amma, görülən bütün bu müsbət işlərə yenə də kölgə salanlar tapılır. Dəmirçi kəndi turizm mərkəzinə çevrilməmiş artıq işə barmaq uzadanlar, gəlir əldə etmək istəyənlər tapılıb.

İCMAL.az-ın "Rubrika”-ya istinadən verdiyi xəbərə görə kənddə aparılan yenidənqurma işləri zamanı bir çox rayon sakinləri müvəqqəti də olsa işlə təmin olunublar. Evlərinə bir parça çörək aparacağını düşünən zavallıların bu dəfə də arzusu gözlərində qalıb. Artıq neçə ay keçməsinə baxmayaraq fəhlələrin pulları verilmir. Get-gələ salınan işçilər hər dəfə bir bəhanə ilə yola salınır.

Bu məqamda aldığımız digər bir məlumat isə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin "turizmin inkişafına necə töhfə verdiyini” bir daha sübut edir. Bildirilir ki, fəhlələrin əmək haqlarının verilməsinə pul tapmayan başçı Sabirabad rayonunda nəhəng bir tikinti malları mağazası tikdirir. Çox düşünsək də nə fəhlələr, nə də biz tapa bilmədik ki, turizmin inkişafı proqramı ilə icra başçısının "stroymaterial”ı arasında nə əlaqə var. Bəlkə başçı Dəmirçiyə gələn turistləri Sabirabada aparıb suvenir "tikinti malları” satdıracaq?

Amma hər halda heç bir halda fəhlənin zəhmət haqqını kəsmək nə dindən, nə də insafdan deyil !

İCMAL.az

RƏYLƏR