Şamaxıda ağır qəza: Yaralananlar var

OXUNUB: 791 HADİSƏ

Şamaxı rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb. "KamAZ” markalı yük avtomobili qarşı tərəfdən gələn "Nissan” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı "Nissan”ın sürücüsü, Bakı sakini, 1984-cü il təvəllüdlü İslamov Rafiq İslam oğlu və sərnişini, 1992-ci il təvəllüdlü Hüseynova Bəstəgül Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa


İcmal.Az

RƏYLƏR