Şamaxıda kənd təsərrüfatına xüsusi diqqət göstərilir: 320 hektardan çox sahədə kartof əkilib

OXUNUB: 867 İQTİSADİYYAT
Şamaxı rayonunda kartof əkini başa çatıb.

Rayon statistika idarəsindən İQTİSADİ.az-a bildirilib ki, cari mövsümdə 326 hektarda kartof əkilib. Əkin sahələri ötən ildəkindən 3,5 hektar çoxdur.

Qeyd edək ki, torpaq mülkiyyətçiləri yerli bazarlarda ilboyu böyük tələbat olan kartof istehsalında maraqlıdırlar. Ötən il bölgədə 322,5 hektar sahədən 2194 ton məhsul götürülmüşdü. Kartof əkini ilə daha çox şimal ərazilərdə məşğul olurlar. Bu il təkcə Qızmeydanda 50, Çuxuryurdda 46, Ərçimanda 21, Qaleybuğurdda 21, Dədəgünəşdə 16 hektar sahədə kartof əkilib.

RƏYLƏR