Samur-Abşeron kanalında qadın batıb

OXUNUB: 622 SOSİAL

Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

İcmal.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, aprelin 26-da Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunmuş FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İcmal.Az

RƏYLƏR