Samux icra başçısı dövləti belə 'talayıb', fermer olub - FOTO FAKTLAR

OXUNUB: 449 index-manşet GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, son zamanlar icra başçıları ilə bağlı xəbərlər gündəmdən düşmür. Prezident İlham Əliyevin sərt xəbərdarlıqlarından nəticə çıxarmayan bir neçə icra başçısı həbs olunub, vəzifədən azad olunublar. Bu dəfə daha bir icra başçısının sərvətindən danışacağıq. Söhbət Samuxun icra başçısı Alı Qocayevdən gedir. Bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanir Həsənli məlumat verib: "Samuxun icra başçısı Alı Qocayev rayonun Ziyadlı kəndində böyük ferma sahibidir. İcra başçısı fermanı Binəqədi rayonundakı 217 saylı məktəbin direktoru vəzəfisində çalışan xanımı Bənövşə Cəfərova Əkbər qızının adına rəsmiləşdirib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən təqdim etdiyim çıxarışda qeyd olunur ki, Alı Qocayevin həyat yoldaşı 2017-ci il ildə Samux rayonunun Ziyadlı kəndində 3 hektar ərazidə sahəsi 372 kvadratmetr olan tövlə tikdirib. Yəqin ki, Qocayevlərin heyvandarlıq təsərrüfatı 3 hektar sahəsi olan ferma ilə məhdudlaşmır. Fermanın ən azımdan bundan qat-qat artıq örüş və biçin sahələri olmamış deyil.
İcra başçısının həyat yoldaşı 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının üzvüdür. 


RƏYLƏR