Samuxda yararsız telefon xətti və internet problemi: Səbəb nədir?

OXUNUB: 842 SOSİAL

İndiki dövrdə internet vasitəsilə həll edilən məsələləri Samuxun Hacıalılı kəndində heç telefonla həll etmək mümkün olmur. Sakinlərin stasionar telefondan istifadə edə bilmələri üçün mövcud olan xəttlərin yararsız vəziyyətdə olması buna səbəbdir.

Telefonsuz və internetsiz qalan Samux sakinlərin narazılıqları

icmal.az KəpəzTV-yə istinadən xəbər verir ki, Samux rayonunun Hacıalılı kəndində yerlə çəkilən rabitə xəttləri stasionar telefonların aylarla işləməməsinə səbəb olur. Baxmayaraq ki, vətəndaşlar işləməyən ev telefonuna görə hər ay abunə haqqını ödəyirlər.

Xəttlərin və rabitə dirəklərinin yarasız vəziyyətdə olması kənddə internetdən istifadəni də mümkünsüz edib. Birinci kurs tələbəsi olan Vüsal Muradov da koronavirus pandemiaysı ilə əalqədər olaraq hər gün onlayn dərslərdən məhz bu səbəbdən yararlana bilmir. Bu isə onun imtahanlara hazırlaşmasında çətinliklər yaradır.

İnternetsiz qalanlar çarəni ya ətraf kənd və qəsəbələrə getməkdə, ya da əlavə xərc hesabına mobil şəbəkələrdən yararlanmaqda tapır.

Kənd sakini Hafis İsmayılov bildirir ki, internet gedib gəlir. Birdə baxırsan internet var. 15 dəqiqədən sonra yoxa çıxır. Hava bir az küləkli oldu tez-tez fırlanmağa başlayır. Başqa işlər bir tərəfə indi korovirusla bağlı uşaqlar internetdən dərs keçir.

Problemin həlli ilə bağlı bu günədək bir çox qurumlara müraciət edən Hacıalılı sakinlərinin görünür səsinə səs verən yoxdur.

Kənd sakini Əlyar Muradov: Hər yerə müraciət etmişəm. Bizim işimizi həll edən yoxdur. Sahə rəisinə demişəm deyir 400 metr cibindən kabel al. Külək əsəndə bir-birinə dəyir işə düşür. Bir yarım saat bir saat işləyir sonra birdə yox olur.

Hacıalılıda stasionar telefon xəttlərinin bərbad olmasından və internet şəbəkəsinə qoşulmanın çətinliyindən kənd icra nümayəndəsi Sabit Verdiyev sakinlərin haqlı narazılığı ilə bağlı müvafiq qurumlara müraciət edildiyini bildirib.

Sabit Verdiyev qeyd edir ki, Samux rayon Telekommunikasiya Qovşağına məlumat vermişəm. İdarə rəhbərliyi deyir heç cür biz kömək edə bilmirik.

Samux Telekommunikasiya Qovşağından sakinlərin iradlarını kənddə ATS-in olmaması ilə əlaqələndirirlər. Hazırda Hacıalılı sakinləri Lək kəndinin ATS-dən istifadə edirlər ki, məsafə uzaqlığı səbəbindən mövcud problemlər yaranır. Amma kənddə ATS-in qurulacağı da plandadır.

Samux Telekommunikasiya Qovşağının baş mühəndisi İsrafil Zalov qeyd edib ki, ötən il rayonda Əlibayramlı və Alabaşlı kəndlərində yeni ATS-lər quruldu. Bu il isə nəzərdə tutulub ki, Hacıalılı kəndində ATS qurulsun. Yeni ATS qurulandan sonra həm internet, həm də telefondan istifadə də problem yaranmayacaq.

Dəqiq vaxt bəlli olmasa da ATS-in bu il ərzində qurulacaqdır. Odur ki, Hacıalılı sakinləri hələ bir müddət də qonşu kəndlərə var-gəl edib, mobil operatorların xidmətlərindən yararlanmaq məcburiyyətində qalacaq.

RƏYLƏR