Santa-Klaus uşağı döydü - VİDEO - FOTO

OXUNUB: 333 MARAQLI

Santa-Klaus uşaqlara hədiyyələr gətirir, onları sevindirir. 5 yaşlı oğlan isə Bu santanı həyatı boyu unutmayacaq. Çünki Santa onu ağac parçası ilə, dəyənəklə döyüb.

Biabırçı olay Rumıniyanın Bistritsa-Nesaud şəhərinin yaxınlığındakı kənddə yaşanıb.

Şəhər sakini olan 31 yaşlı qadın evə Santa-Klaus sifariş edib.

"Santa" gələndə isə o, "Santa-Klaus, oğlum sözümə baxmır, dəcəllik edir, onu cəzalandır" deyib.

"Santa" da eləmə tənbəllik, dəyənəklə uşağı "tərbiyələndirməyə" başlayıb.

Döyülən 5 yaşlı oğlanın atası evə gələndə gözüyaşlı övladının şikayətini dinləyəndən sonra polisə şikayətlənib.

 

40 yaşlı "Santa" saxlanılıb./milli

İcmal.Az


Santa-Klaus uşağı döydü

RƏYLƏR