"Sarı Gəlin" İtaliyada balabanda ifa ediləcək

OXUNUB: 1068 MƏDƏNİYYƏT
İtaliyanın San Marino şəhərində beynəlxalq "Testene Art" musiqi festivalı keçirilir.

İstedadlı musiqiçi Ramin Pələngov yarışda iştirak edir. Ramin festivalın birinci mərhələsində 350 iştirakçı arasından Qran Pri mükafatına layiq görülüb.

Raminin atasının verdiyi məlumata görə, musiqiçi festivalda "Sarı Gəlin" kompozisiyasını ifa edəcək. İstedadlı gənc bu musiqi parçasını milli alətimiz olan balabanda ifa etməyi planlaşdırır./olke.az
 
İcmal.Az

RƏYLƏR