Sarkisyan Azərbaycanı yenidən “İskəndər”lə hədələdi

OXUNUB: 1045 SİYASƏT

Ermənistan prezidenti Serj Sarkisyan yenidən Azərbaycanı "İskəndər” əməliyyat-taktiki raketləri ilə hədələyib. 

 "Armeniya” tele-şirkətinin müxbirinin Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanması zamanı şərtlərin qorunacağına dair zəmanət barədə sualına cavab verərkən Sarkisyan bildirib ki, "Mən dəfələrlə demişəm və indi də təkrar edirəm, bir nömrəli zəmanət – müharibəyə hazır Silahlı qüvvələrdir, bu ən etibarlı zəmanətdir”. 

Serj Sarkisyanın sözlərinə görə, erməni tərəfinin təhlükə təhdidini aradan qaldırmaq üçün yetərincə silahı var. 

"Əgər kimsə "İskəndər” komplekslərinin yalnız mənəvi və ya psixoloji dəyəri olduğunu düşünürsə, bu həmin adamın komplekslər barədə anlayışı olmadığına dəlalət edir. Komplekslərin göstəriciləri ilə tanış olduqdan sonra həmin şəxslərdə bu silahın hansı dağıdıcı gücə malik olduğuna dair təsəvvür yaranacaq”, - Serj Sarkisyan. /oxu

 

İcmal.Az

RƏYLƏR