Sarkisyan: Ermənistan Rusiyaya pomidor ixrac etməyə hazırdır

OXUNUB: 618 İQTİSADİYYAT

Ermənistan Rusiya bazarındakı pomidor tədarükçüləri ilə rəqabət apara, hətta onları sıxışdıra bilər.

İcmal.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan RİA Novosti-yə müsahibəsində deyib.

O, ölkəsinin Rusiya bazarında məlum istehsalçıları sıxışdırmağa hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib: "Mütləq. Rusiya bazarı elə böyükdür ki, burada oyunçuların sayının artması heç kimə mane olmur".

İcmal.Az

RƏYLƏR