Sarkisyan İlham Əliyev qorxusunu... – İrəvan kulislərində ŞOK RAZILAŞMA

OXUNUB: 989 SİYASƏT
2018-ci ildə Ermənistan prezidenti Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra əsas idarəçilik parlamentə keçəcək.
Sarkisyan hakimiyyətini davam etdirmək üçün kulislərdə danışıqlara başlayıb. Xüsusilə baş nazir Karen Karapetyanla müzakirələr aparılır.

"Qraparak” qəzeti hökumətin içindəki mənbələrə istinadən yazır ki, artıq "yuxarılarda” razılaşma əldə olunub.

"2018-ci ildən sonra kimin baş nazir olacağı, kimin harada oturacağı artıq həll olunub. Razılaşmaya görə, Serj Sarkisyan "Baqramyan 26”-da (Ermənistan Prezident Administrasiyasının ünvanı - red.) oturacaq, lakin artıq baş nazir kimi. Karen Karapetyan isə baş nazirin birinci müavini olaraq hökumətə nəzarət edəcək. O, hökumət binasında əyləşəcək. Buna görə də artıq hökumət binası yenidən təmir edilir. Ermənistanın gələcək prezidentinin məkanı isə Milli Təhlükəsizlik Şurasının binasında olacaq”, - deyə qəzet yazır.

Məlumatlara görə, Sarkisyanla Karapetyan əvvəlcə hakimiyyət bölgüsündə razılaşmayıb. İkinci birinciyə israrla "axı mənə baş nazir postunda qalacaqsan deyirdilər” deyə bildirib. Ona bu sözlərin Rusiyadan deyildiyi də məlumdur. Lakin Sarkisyan oktyabrın 16-da Cenevrədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən qayıdandan sonra Karapetyanla yenidən müzakirə aparıb və sonuncu onun təklifləri ilə razılaşıb. Buna səbəbsə, Karapetyanın ölkədə əsas şəxs kimi Qarabağ danışıqlarında İlham Əliyevlə müzakirə apara bilməyəcəyidir. Sarkisyan Azərbaycan prezidenti ilə danışıqların çətinliklərini sadaladıqdan sonra, Karapetyan baş nazirin birinci müavini olaraq, hökumətə rəhbərliyi davam etdirməklə razılaşıb./publika

İcmal.Az

RƏYLƏR