Sarkisyan nə prezident, nə də baş nazir olacaq

OXUNUB: 1118 ERMƏNİSTAN

Ermənistanın daxili və xarici siyasətini müəyyən edən şəxslər 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra ölkənin baş naziri vəzifəsində kimin çalışacağı ilə bağlı yekun qərar qəbul edib.

İcmal.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Past" nəşrinə hökümətdəki mənbə bildirib. Mənbə qeyd edib qəbul edilən qərar ölkədə fövqəladə hal baş verməzsə, dəyişməyəcək.

"Qərara alınıb ki, baş nazir Karen Karapetyan öz postunda qalacaq və dövlətin iqtisadiyyatı ilə əsaslı şəkildə məşğul olacaq. Serj Sarkisyan isə Təhlükəsizlik Şurasını idarə edəcək. O, öz tabeliyində güc strukturları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Şurasını əlində saxlayacaq".

 

Mənbə bildirib ki, yanlız polis baş nazirə tabe olacaq: "Belə qərarın qəbul olunmasında səbəb vəzifəli şəxslərin qeyri-müəyyənlikdən çıxması və müvafiq qərar qəbul etməsidir. Lakin mühüm məsələ var. Əgər birdən müharibə başlayarsa, o zaman Ali Baş Komandan və baş nazir vəzifəsini Serj Sarkisyan tutacaq. Bu da qəti qəraradır". 

 

İcmal.Az 

RƏYLƏR