“Sarkisyana ən layiqli cavabı Prezident İlham Əliyev verdi” – Azər Verdiyev

OXUNUB: 1413 GÜNDƏM SİYASƏT

Xəbər verdiyimiz kimi Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışı oldu. Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanıən mühüm məqamlara toxundu.

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında baş verən proseslərə münasibət bildirən QALİB-in sədri, politoloq Azər Verdiyev Sarkisyanın BMT tribundasında çıxışının yalan və böhtanlar üzərində qurulduğunu dedi: "BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında Ermənistan prezidenti də çıxış etdi. Sarkisyan yenə öz ampulasında idi.Lakin bu çıxış bəlkə də gəçləcəkdə ermənilərin yaddaşında ən biabırçı çıxış olaraq qalacaqdır. Məsələ burasındadır ki, Ermənistan Azərbaycanı zəif inkişaf edən, orta əsrlərin qalığı kimi qələmə verməyə çalışıb. Adam elə bilir ki, dünya elə 50 il bundan qabaqkı dünyadır. BMT-də iştirak edən liderlərin azı 80 faizi Azərbaycandakı iqtisadi inkişafdan xəbərdardırlar. BMT keçmiş baş katibi Pan Gi Munun ötən ay ölkəmizə səfəri zamanı verdiyi dəyər və s. ölkəmizin müasir imkanlarından cavab verir. Artıq dünya gözəl bilir ki, Ermənistanda xaotik proseslər geniş vüsət alıb. Demoqrafiq böhran pik həddə çatıb. Sarkisyana ən layiqli cavabı Prezident İlham Əliyev verdi. Prezidentin çıxışı zamanı "İnsanlığa qarşı törədilən bu müharibə kriminallarından biri də hazırda Ermənistan prezidentidir” deməsi bütün dünya ermənilərinə vurula biləcək ən böyük zərbə idi. Əslində BMT-də çıxışçılar senzuradan keçməlidirlər. Sarkisyan kimi terrorçunun belə bir mötəbər kürsüdən çıxışı BMT-nin imicinə ləkədir”

RƏYLƏR