Sarkisyanın baş nazir arzusu və “mitinq fırıldağı” – AÇIQLAMA

OXUNUB: 763 Özəl SİYASƏT
Bütün sahələrdə iflasa uğramış Ermənistanda vətəndaş hərəkatları hökümət əleyhinə mitinqlərə başlayıb. Ermənistanda Serj Sarkisyanın baş nazir seçilərək hakimiyyətə qayıtmasının əleyhinə olan qüvvələr artıq bir neçə gündür ki, mitinqləri dayandırmırlar. Etirazlar işğalçı ölkənin əyalətlərini də əhatə edəcəkmi? Bu yolla nəyisə dəyişdirmək, nəyəsə nail olmaq mümkündürmü?

Məsələylə bağlı fikirlərini BNEWS.az-la bölüşən politoloq Arzu Nağıyev bildirib ki, bütün bunlara baxmayarq Serj Sarkisyan baş nazir postuna seçiləcək: "Ermənistanda keçirilən mitinqlər dırnaqarası demokratiyanın göstəricisidir. Hətta, baş nazirin təyinatı ilə bağlı mitinqləri məhz müxalifət təşkil edir. Siyasi aksiyaları keçirməkdə müxalifətin əsas məqsədi isə demokratik bir dövlət olduqlarını dünyaya nümayiş etdirməkdir. Ümumiyyətlə, Ermənistan parlament tərəfindən seçilən yeni prezident Armen Sarkisyan məhz Serj Sarkisyanın öz namizədi idi. Parlamentdə təmsil olunan Rusiya və qərbyönümlü partiyaların deputatları - 90 səs lehinə, 10 səs əleyhinə olmaqla hakim partiyanın namizədi A. Sarkisyanı Ermənistanın növbəti prezidenti seçdilər”.

Arzu Nağıyevin sözlərinə görə, indiki prezidentin təyinatını məhz S. Sarkisyan həyata keçirib: "Hazırda fəaliyyətini davam etdirən indiki baş nazir Karen Karapetyan da bu posta S. Sarkisyanın namizədliyini irəli sürüb və onun  namizədliyini yekdilliklə dəstəkləyib. Hazırda S. Sarkisyanın ətrafında "Qarabağ erməniləri” klanı var. Bu klana həm güc nazirlikləri, həm də ölkəyə nəzarəti həyata keçirən quruplaşmalar daxildir. Hazırda Ermənistanın paytaxtı İrəvanda keçirilən kütləvi itaətsizlik aksiyaları sadəcə olaraq bir siyasi gedişdir. Yaxın günlərdə S. Sarkisyanın baş nazir təyin olacaq”.
 
İcmal.Az

RƏYLƏR