Sarkisyanın başçılıq etdiyi "KRİMİNAL ŞƏBƏKƏ": Ermənistanın İÇ ÜZÜ - FOTOLAR

OXUNUB: 638 DÜNYA

Ermənistan ordusunu kriminallaşmış "zabit elitası” idarə edir.

Hələ keçmiş müdafiə naziri Seyran Ohanyanın dövründə ordu içində qurulan "kriminal şəbəkə” bu gün Viqen Sarkisyanın rəhbərliyi altında da fəaliyyətini sürdürür.

"Kriminal şəbəkə”nin əsas nümayəndələrindən biri "Razved” xüsusi təyinatlı dəstənin komandiri, polkovnik Arsen Kotoyandır. 2007-ci ilə qədər Kotoyan İrəvanda "Paytaxt” alayında batalyon komandiri olaraq fəaliyyət göstərirdi. 2007-ci ildən etibarən o, Eçmiədzin hərbi hissəsinin komandiri oldu, daha sonra "Razved”in rəhbərliyinə gətirildi.

"Aravot” qəzeti Arsen Kotoyanın kriminal keçmişə sahib olduğunu yazır və bəzi təfərrüatları açıqlayır.

Arsen Kotoyanın böyük oğlu Seryoja Kotoyan kriminal dünyada "Metaksi ser” ləqəbi ilə tanınır. "Metaksi ser” postsovet məkanında məşhur olan kriminal avtoritet Svo Rafoyla çox yaxın olub, hətta onun davamçısı olaraq tanınıb. Lakin o, 1997-ci ildə İrəvanda Xorenasi küçəsində öldürülüb. Ermənistan hüquq-mühafizə orqanları 10 ildir qatili tapa bilmir. İddialara görə, Seryoja Kotoyanın qətli hakimiyyətdəki qruplaşmalar tərəfindən sifariş verilib. Bu cinayətdə izlər Əfqanıstan veteranlarına doğru uzanırdı. İddialar var ki, "Metaksi ser” Əfqanıstan veteranlarının nəzarət etdiyi "Qumovski” bazarını ələ keçirmək istəyirmiş. Nəticədə onu öldürdülər. Seryoja Kotoyanın həyat yoldaşı Alina bildirir ki, qətl işi ilə bağlı Qevorik adlı veteranı həbs ediblər. Lakin 1998-ci ildə Robert Koçaryan hakimiyyətə gələndən sonra Qevoriki azad ediblər.

Arsen Kotoyanın özü də oğlu Seryoja kimi mütəmadi olaraq kriminal hesablaşmalarda iştirak edib. 2007-ci ilin 7 iyun tarixində səhər saat 7:40-da İrəvanın Ayqestan küçəsində naməlum şəxslər Arsenin avtomobilini avtomatla güllə-boran edib. Arsen bu hücum zamanı körpücük sümüyü və sağ əlindən güllə yarası alıb, lakin ölməyib. Hadisə yerinə gələn operativ qrup avtomobildən 12 giliz aşkarlayıb. Sui-qəsdin üstü hələ də açılmayıb.

"Aravot” qəzeti şəxsi mənbələrə istinadən yazır ki, Arsen Koroyan ona qarşı sui-qəsdin kimlər tərəfindən edildiyini yaxşı bilir, lakin o, bu haqda hüquq-mühafizə orqanlarına məlumat vermir. Məlumatlara görə, Arsen Koroyanın İrəvanda çoxsaylı obyektləri var. Bu obyektlərin əksəriyyəti paytaxtın Metaksi rayonundadır. Bir versiyaya görə, sui-qəsdin səbəbi məhz biznesdir. Digər bir versiyaya görə isə, Arsen "peşəkar” fəaliyyətinə görə sui-qəsdə məruz qalıb.

Bu fakt işğalçı orduya kimlərin rəhbərlik etdiyini bir daha sübut edir. Lakin Ermənistanı idarə edən hakimiyyətin tərkibində kriminal aləmlə bağlılığı olan şəxslərin sayı kifayət qədərdir. Təkcə Ermənistan prezidenti Serj Sarkisyanın kriminal keçmişi hər şeyi sübut edir./publika

İcmal.Az

RƏYLƏR