Satıcının başı qarışdı, 2 min manat oğurlandı - Video

OXUNUB: 755 HADİSƏ

Bakıda ərzaq mağazalarından birindən oğurluq olub. Həmin an mağazanın təhlükəsizlik kamerasına da düşüb.

İcmal.Az "Xəzər Xəbər”ə istinadən məlumat verir ki, görüntülər paytaxtın Nəsimi rayonu metronun "28-may'” stansiyası yaxınlığında yerləşən bir ərzaq mağazasındandır.

Bir gənc satıcının başının qarışdığını görüb və piştaxtanın arxasındakı kassadan 2 min manat pulu götürüb.

Ancaq oğurluğunun kameraya düşdüyünü bilmir. Külli miqdarda pulu götürdükdən sonra o, şübhə yaratmasın deyə mağazanı dərhal tərk etmir. Öz növbəsini gözləmiş kimi dayanır, bir müddətdən sonra mağazadan çıxır.

Zərərçəkmişlər hadisədən axşam mağazanı bağlayıb, pulları hesablayarkən xəbər tutublar. Pulun oğurlandığını gördükdən sonra ərazi üzrə Nəsimi rayon 22-ci polis bölməsinə məlumat veriblər.

Bölmədən bildirilib ki, həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi, daha sonra isə saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

 
İcmal.Az

RƏYLƏR