"Satmaq istədim, vəsiqəm olmadı" - Qadına qarşı soyğunçuluq edənlər saxlanılıblar - VİDEO

OXUNUB: 775 HADİSƏ

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə ictimai nəqliyyatda və vətəndaşların sıx olduğu yerlərdə cibgirlik edən Astara rayon sakini, keçmiş məhkum Heydər Əhmədov saxlanılıb.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, onun Nəsimi rayonu ərazisində yerləşən dayanacaqlardan birində avtobus gözləyən xanım sərnişinin cibindən mobil telefon oğurladığı məlum olub.

Heydər Əhmədov - Saxlanılan şəxs: "Dayanacaqda dayanmışdım, gördüm ki, sıxlıqdı. Birdən gözümə telefon sataşdı. Telefonu götürüb "20 yanvar"a gətirdim. Satmaq istədim, vəsiqəm olmadı. Telefonun qiyməti 120 manat idi. Yoldan keçənə 30 manata, sənədsiz satdım".

Heydər Əhmədov bu ilin yanvarında Bakı Metropolitenində qatarda cibgirlik etdiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə 2 min manat cərimələnərək aprel ayında azadlığa buraxılıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Soyğunçuluq və cibgirlik etməkdə şübhəli bilinən bu iki şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər.

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR