Saxlanılan vəzifəli şəxs Şəmsəddin Xanbabayevin kürəkənidir

OXUNUB: 1370 GÜNDƏM Özəl index-manşet HADİSƏ
Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.

7NEWS.az-ın unikal-a istinadən əldə etdiyi məlumata görə, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayevin kürəkəninin saxlanıldığını təsdiqləyib:

"Bəli saxlanılan şəxs kürəkənimdir.Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.

RƏYLƏR