Saxta əlillik sənədləri verən həkimlər cəzalandırılıb

OXUNUB: 930 SOSİAL
"Ölkədə əlillərin sayının artması daim hamını narahat edir. Səhiyyə işçilərinin bununla bağlı doldurduğu "Forma 088”-lə bağlı problemlər var idi”.

İcmal.Az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu məsələ nazirlikdə müzakirə olunub:

"Həmçinin bir sıra tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq olundu. Səhiyyə Nazirliyinin kollegiya iclasında tapşırıqlar verildi və cəzalandırılanlar oldu. Hesab edirik ki, bu öz bəhrəsini verəcək”.
 
İcmal.Az

RƏYLƏR