'SAY: Solidarity' davam edir

OXUNUB: 1153 QHT

"İRƏLİ” İctimai Birliyi uzun müddətdir davam edən könüllülüyün təbliği sahəsindəki fəaliyyətlərin davamı olaraq, SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunub.  

İCMAL.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci il üçün gənclər paytaxtı seçilən Balakəndə yaşayış çadırlarında qalan gənclər layihənin 2-ci günü Yoqo idmanında iştirak ediblər. Gün ərzində müxtəlif aktivitilər həyata keçirilib.

Daha sonra Hiking edib, dağa dırmanıblar. Praktiki sessiya zamanı 8 komanda halında öz komandalarını təqdim ediblər. Gün sonunda tonqal qalanıb və tonqal ətrafında əyləncəli vaxt keçiriblər.

Layihənin 3-cü günü gənclərlə İslam həmrəyliyi mövzusunda Simulyasiya oyunu keçirilib. Daha sonra Axtar-tap intellektual oyunu üzrə gənc iştirakçılar yarışıblar. Praktiki sessiya zamanı hazırladıqları rəqsləri təqdim ediblər.

Support of Azerbaijan Youth (SAY): Gənclərin Həmrəylik Düşərgəsi layihəsi, "İRƏLİ” İctimai Birliyinin SAY hərəkatı adı altında reallaşdıracağı 5-ci layihə olacaqdır. Bundan öncə "SAY: Könüllülük akademiyası”, "SAY: Green”, "SAY: Multikulturalizm” və "SAY: Volfest” layihələri baş tutub. 

 

 



RƏYLƏR