Səbinə: Kamran kəfəndə qəbirdən çıxmaq istəyirdi

OXUNUB: 746 ŞOU-BİZNES

Müğənni Səbinə Əskərovanın dünən rəhmətə gedən İTV-nin aparıcısı Kamran İsrafilovla bağlı paylaşımı hər kəsin diqqətini çəkib.

O, "Instagram” hesabında müəmmalı olay yaşadığını deyib:

"Çox qəribədir ki, mən onu dünən yuxumda görmüşəm. Kəfəndə qəbirdən çabalayıb çıxmaq istəyirdi. Yuxudan ayılıb öz-özümə  dedim ki, həyatımda iki dəfə gördüyüm insan mənim yuxuma niyə girsin ki? Özü də belə bir yuxu...

Zəng eləyib soruşdum. Dedilər ki, doğrudur, bir neçə saat öncə rəhmətə gedib. Şoka düşdüm, hələ də ayılmamışam. Anlamıram ki, niyə mənim yuxuma girib? Müəmmalı qaldı...”

Qeyd edək ki, Kamran İsrafilov ürək çatışmazlığından vəfat edib./oxu

İcmal.Az

RƏYLƏR