Səbinə Mirzəyeva Zəhranın ailəsinə baş çəkdi - FOTOLAR

OXUNUB: 55 SOSİAL
Ölkənin tanınmış həkimləri və millət vəkilləri iyulun 4-də ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yaşadığı Füzulinin Alxanlı kəndinə yollanıblar.  Cərrah mama-ginekoloq Səbinə Mirzəyevanın təşəbbüsü ilə baş tutan səfərdə həkimlər Günay Bayramova və Ceyhun Yadigarov şəhidlərin valideynləri ilə görüşüblər. 

Onlar 2 yaşlı Zəhranın atası Elnur Quliyevə dərin hüznlə başsağlığı veriblər. Ailəyə maddi yardım göstərən həkimlər daha sonra Zəhra və nənəsinin qətlə yetirildiyi ərazidə olublar.  Hadisə yerinə Milli Məclisin vitse-spikeri Bahar Muradova və başqa deputatlar da baş çəkib. 
Alxanlı kənd qəbiristanlığına yollanan həkimlər nənə və nəvənin xatirəsinə ehtiramlarını bildiriblər. 

"Füzuliyə ayaq basdığımız an kədərimiz bir az da dərinləşdi. Bu məmləkətin qoxusu insanı kövrəldir. Burada hər küncdə bir Zəhra ağlayır, sanki... Rayon camaatı, Bakıdan gələnlər, hər kəs məhz Zəhraya görə bura axın edir. Qızcığazın anasına baxdıqca, insanın qəlbi parçalanır. Allah Azərbaycan xalqına bu cür çətin sınaqlar göstərməsin... Dinc sakinlərin evlərinin qarşısında qətlə yetirilməsi dözülməzdir”- deyə, S.Mirzəyeva bildirib. 

Onu da bildirək ki, Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gətirdiyi övlad idi. Ginekoloq Səbinə Mirzəyeva Zəhranın anasının müayinə və müalicəsini öz boynuna götürüb./Ann
 
İcmal.Az
 



RƏYLƏR