Şəbnəmlə Damlanın arası dəydi? - "Bir xanım kimi ondan nəyim əskikdir ki?" - FOTO

OXUNUB: 632 ŞOU-BİZNES
Qalmaqallı müğənni Şəbnəm Tovuzlu ilə həmkarı Damlanın küsülü olduğu xəbəri yayılıb. İfaçı BiG.AZ-a açıqlamasında bu xəbəri təkzib edib və Damla ilə aralarının yaxşı olduğunu deyib.

- Şəbnəm xanım, efirlərin birində aparıcı bu günlər ən çox Damlanın öndə olduğunu dedi. Siz isə cavabında "Mən sənətə Damladan daha öncə gəlmişəm. Damladan öncə də gündəmdəyəm" dediniz. Hələ də eyni fikirdəsiniz?

- Qalmaqal yaradırsan (gülür). Biz Damla ilə heç vaxt küsülü olmamışıq, hər birimiz şou adamıyıq. Sadəcə çox gec-gec bir araya gəlirik. Biz Damla ilə çox illər əvvəl el şənliklərində bir oxumuşuq. Ona bacı demişəm, necə pis ola bilərəm? Elgiz sual verdi ki, siz Damlaya paxıllıq edirsiz bəyəm ? Dedim mən niyə paxıllıq edim axı ? Damla mənim canımdır. Xanım kimi bir-birimizdən əskik bir şeyimiz yoxdur. Damlanın məndən nəyi artıqdırsa, deyin, bilək.

- Hazırda Damla ilə aranızda inciklik və yaxud bir problem yoxdur ki? 

- Xeyr, hər şey çox gözəldir.
 

- Bildiyiniz kimi, Damla xanıma ağır itki üz verib. Atası dünyasını dəyişib. Yas mərasimində iştirak edənlər arasında Şəbnəm Tovuzlu da oldumu?

- Təbii ki iştirak etdim. Damlanın atası rəhmətə gedən günü gecəylə yanına qaçdım, dəstək oldum. Əksər qızlar yanında idi, amma mən hamıdan qabaq getdim. Bir bacı kimi Damlanı çox istəyirəm, həmişə də bir-birimizə dəstəyik. 

İcmal.Az
Şəbnəmlə Damlanın arası dəydi? -
Şəbnəmlə Damlanın arası dəydi? -

RƏYLƏR