Səbuhi Abbasov ÜAK-ın ləğvinə sərt münasibət bildirdi AÇIQLAMA

OXUNUB: 1150 Özəl SİYASƏT

"Mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

Məsələyə sərt münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov SİA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvini siyasi addım kimi dəyərləndirib: "Bu addım Rusiyanın milli maraqlarına, tolerantlıq siyasətinə olduqca ziddir. Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar, ölkə rəhbərləri arasında şəxsi əlaqələr ən yüksək səviyyədədir. Belə olan təqdirə 16 ildir Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərən ən böyük diaspor təşkilatı niyə bağlansınki? Çox təəssüflə qeyd etməliyik ki, Rusiyanın bəzi qurumları anti-azərbaycan, ermənipərəst və erməni əsilli şəxlər tərəfindən idarə olunur. Bu da bütövlükdə Rusiyanın həm regionda, həm də ölkədəki nüfuzuna ciddi xələl gətirir. Bu gün biz tək tərəfdaş deyilik, biz həm də müttəfiqik. Rusiya ən ağır tarixi dönəmlərində yanında Azərbaycanı görüb. ÜAK-ın ləğvi birmənalı şəkildə Putin administrasiyasının dünyadakı nüfuzunun ləkələnməsinə hesablanıb”.

İcmal.Az

RƏYLƏR