Səbuhi Abbasov: "AŞPA-nın son üç ayda Ermənistan təxribatlarına susması anlaşılan deyil"

OXUNUB: 1082 index-manşet SİYASƏT
"Mart ayında sonunda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "prezident və parlament seçkiləri” keçirilməsi təxribatdır" 
Bu sözləri saytımıza açıqlamasında internet-media ekspert Səbuhi Abbasov deyib: "Prezident İlham Əliyev son çıxışında məsələyə tam münasibət bildirib, sitat: 'Mart ayında şouların təşkili üzrə peşəkar olan (şoumen) Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma "prezident və parlament seçkiləri” keçirildi. Həmin "seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma "seçkiləri” tanımadıqlarını bildirdilər. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirdilər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı.' 
Prezidentin bu sözləri əslində, prosesin bütün tərəflərini tam çılpaqlığı ilə göstərir. 20 faiz torpaqları işğal olunan, 1 milyondan çox qaçqın və məcburi köçkünü olan, Xocalı və Ağdaban faciələri kimi dəhşətli soyqırımlar yaşayan bir xalqa qarşı bu qədər iyrənc və ikili standartla dolu münasibət sərgiləmək, sözün düzü, anlaşılan deyil. BMT-nin məlum qətnamələri, AŞPA-nın işğal faktorunu təsdiq edən qərarlarını demirəm. Bu sadəcə absursdur. Hesab edirəm ölkəmizdə aktiv fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzləri, siyasətçilər, təhlilçilər, beynəlxalq təşkilatlarla işləyən şəxslər və qurumlar bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı və strateji siyasətimizə dəstək olmalıdırlar. İndiki situasiya çox həssasdır. Bir tərəfdən pandemiya, digər tərəfdən erməni təxribatları bizi daha ayıq-sayıq olmağa vadar edir"
7NEWS.az

RƏYLƏR