Səbuhi Abbasov Beynəlxalq Gənclər Parlamentləri Konqresində ölkəmizi təmsil edəcək - MOSKVADA

OXUNUB: 1587 GÜNDƏM SİYASƏT

16-20 oktyabr 2018-ci il tarixində Rusiya Federasiyasının paytaxtdı Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Federal Agentliyi tərəfindən "Yeni Nəsil” proqramının növbəti mərhələsi reallaşacaqdır. "Beynəlxalq Gənclər Parlamentləri Konqresi” çərçivəsində reallaşacaq 4 günlük tədbirdə dünyanın müxtəlif ölkələrindən yüzlərlə iştirakçının qatılacağı gözlənilir. Aralarında səfirlərin, siyasətçilərin, rəsmilərin, QHT və media nümayəndələrinin da olacağı tədbirdə müxtəlif panellər üzrə fikir mübadiləsinin aparılacağı, eyni zamanda, bir sıra mədəni-kütləvi tədbirlərin reallaşacağı gözlənilir.

Tədbirdə ölkəmizi Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının məclis üzvü Səbuhi Abbasov təmsil edəcək. Konqresdə ölkəmizin təmsil olunmasını vacib hesab edən S.Abbasov bu kimi platformaların gənclərin inkişafında xüsusi rol oynadığını dedi: "Beynəlxalq Gənclər Parlamentləri Konqresi beynəlxalq əməkdaşlıq baxımından mühüm platformadır. Konqresin hər tədbirində dünyanın dörd bir yanından yüzlərlə gənc qatılır və gələcək inkişaf perspektivlərini müzakirə edirlər. Bu kimi platformalar ölkəmizin dünyadakı imicinin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bu həm də ölkəmizdə Gənclər və İdman Nazirliyi tərəfindən yürüdülən gənclər siyasətinin uğurlu nəticələrindən xəbər verir. Artıq rəsmi Bakı dünyada beynəlxalq platformaların əsas məkanına çevrilibdir. Bu mənada orada deməyə çox sözüm var. Hesab edirəm bu səfərim də ölkəmiz adına uğurlu olacaqdır.”

7NEWS.az

RƏYLƏR