Səbuhi xanımının "ölümünə" aydınlıq gətirdi: "Rəhmətə gedən sevgilimdir" - YENİLƏNİB - FOTO

OXUNUB: 1472 ŞOU-BİZNES

13:41

Aktyor Səbuhi Xanlarov həyat yoldaşının ölümü ilə reklam olunması xəbərlərinə aydınlıq gətirib.

O, oxu.az-ın əməkdaşına hazırda Türkiyədə olduğunu bildirib.

Aktyor bir neçə saat əvvəl mediada barəsində yayılan səs-küylü xəbərlə bağlı bunları deyib:

"Rəhmətə gedən mənim həyat yoldaşım deyil, sevgilimdir. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Sosial şəbəkə istifadəçiləri yazır ki, arvadının ölümü barədə xəbər yayaraq özünü reklam edir. Kimin nəyinə lazımdır? Nə deyirəm, nə danışıram özüm bilərəm.

Həyat yoldaşım sağ-salamatdır, övladlarımın yanındadır. Niyə ölsün ki?! İki balam var".

---------

12:19

Bu gün primetime.az saytı ilə əlaqə saxlayaraq həyat yoldaşının uzun sürən xərçəng xəstəliyindən sonra vəfat etdiyini deyən aktyor Səbuhi Xanlarovun yalanı üzə çıxıb.

Aktyorun bacısı Vəfa Xanlarova saytımıza zəng edərək məlumatın doğru olmadığını bildirib. O deyib ki, qardaşının hansı səbəbdən belə addım atdığını anlaya bilmir: "Onun yoldaşı sağdır. Düzdür, xəstədir. Amma indi öz evində, övladlarının yanındadır. Ayıbdır. Onlar ailəlidirlər. Çox xahiş edirəm, bu xəbəri silin. Yalan məlumatdır. Yazıq anamın ürəyi gedib, ailəmin vəziyyəti pisdir. Hamiləyəm, xəbəri oxuyandan özümə gələ bilmirəm. Bilmirəm o, niyə belə eləyir. Yəqin ki, reklam axtarır. Amma belə reklam olmaz".

 

Qeyd edək ki, bacısının zəngindən sonra Səbuhi Xanlarovla dəfələrlə əlaqə saxlamağa çalışdıq. Lakin o, sualımızı eşitdikdən sonra telefonun dəstəyini asdı. Onu da əlavə edək ki, hər iki tərəfə aid səs yazısı mövcüddur və lazım gələrsə, yayımlamağa hazırıq.

-----------

11:10

"Maşın şou"nun qalmaqallı iştirakçısı, aktyor Səbuhi Xanlarova ağır itki üz verib.

Aktyorun həyat yoldaşı vəfat edib. 

S.Xanlarov bildirib ki, xanımı uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib: "Çox pisəm. İki övladım anasız qaldı". 

Allah rəhmət eləsin! 

İcmal.Az

RƏYLƏR