Seçiciləri dəvət etdi, Adil Əliyev əraziyə getdi — FOTO

OXUNUB: 707 SOSİAL

Milli Məclisin sədr müavini, 20 saylı Nərimanov ikinci dairəsindən deputat seçilən Adil Əliyev Xutor qəsəbəsində "2-ci ştillik” adlanan ərazidə seçicilərlə görüşüb.

 
 Qısamüddətli görüşə karantin qaydaları nəzərə alınaraq məhdud sayda seçici qatılıb.

 
Deputat əraziyə baxış keçirib, görülən işlərlə tanış olub.

 
A.Əliyev çıxış edərək qeyd edib ki, hər bir millət vəkili seçicilərini dinləməli, onların problemləri ilə maraqlanmalıdır: "Bu, ölkə Prezidenti İlham Əliyevin tövsiyəsidir. Biz də çalışırıq ki, öhdəmizə düşəni yerinə yetirək, etimadı doğruldaq. Siz mənə ərazidəki içməli su və yol problemi ilə bağlı müraciət etmişdiniz. Müraciətiniz araşdırıldı və əraziyə su xətti və asfalt örtüyü çəkildi. Mən hər zaman sizə dəstək verməyə hazıram”.
 

Millət vəkili koronavirus pandemiyası ilə bağlı seçicilərinə çağırış edib: "Çalışın, özünüzü qoruyun, evdən zərurət olduğu hallarda çıxın, maskadan, əlcəkdən istifadə edin. Bilirsiniz, koronavirus pandemiyası bəşəri bəladır. Bu bəladan yalnız qaydalara riayət etməklə qurtula bilərik. Hər birinizdən xahiş edirəm, qaydalara əməl edin. Özünüzü qorumaqla ailənizi qorumuş olursunuz. Dövlət vətəndaşının yanındadır, mümkün olan hər şeyi edir. Vətəndaşlar da məsuliyyətli davranmaqla görülən işlərə töhvə verməlidirlər”.
 

Seçicilər Adil Əliyevə gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, A.Əliyev müraciətlərə hər zaman çevik reaksiya verib.

 

 

RƏYLƏR