Seçkilərdə müşahidəçi olmaq istəyənlərin sayı 168-ə çatıb

OXUNUB: 725 SİYASƏT

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq istəyənlərin sayı 168-ə çatıb.

İcmal.Az xəbər verir ki, bu barədə mətbuata Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib.

Qeyd olunub ki, müşahidəçilərin 36-sı öz təşəbbüsü ilə müraciət edib, 132-i isə qeyri-hökumət təşkilatları tərəfindən irəli sürülüb.

Bütün müraciətlərə müsbət cavab verilib.

İcmal.Az

RƏYLƏR